MARÜ MUR

f. ilan-qarışqa; m. həşərat.

MARUT
MASƏ
OBASTAN VİKİ
Alan Mur
Alan Mur (18 noyabr 1953[…], Northempton, Birləşmiş Krallıq) – ingilis komiks yazıçısı. Frank Miller ilə komiks dünyasında əsaslı yeniliklər gətirmişdir. Onun əsərlərinin çoxu Hallivud tərəfindən filmə çəkilmişdir: "Cəhənnəmdən", "V - Vandetta deməkdir", "Watchman", "Liqa" və s. == Karyerası == 1979-cu ildə İngiltərənin "Sounds" qəzetində karikaturaçı kimi işləməyə başlayan Mur rəsm çəkməyin ondan uzaq olduğunu başa düşüncə yazıçılığa yönəldi. Lakin daha sonra karikaturaları ona şöhrət gətirdi. İngiltərənin "2000AD" jurnalında müxtəlif obrazlar yaradan Mur xüsusilə "Marvelman" seriyası tanındı və buna görə 1982 və 1983-cü illərdə Böyük Britaniyada Ən Yaxşı Karikaturaçı mükafatının sahibi oldu. Alan Mur daha sonra ABŞ-nin "Swamp Thing" jurnalında işləməyə başladı. 1986-cı ildə yaratdığı Watchman superqəhrəmanı ilə komiks dünyasını sarsdı. O bununla superqəhrəman anlyışını siyasi cəhətdən tənqid edirdi.
Culianna Mur
Culianna Mur (ing. Julianne Moore; 3 dekabr 1960[…], Fort-Liberty[d], Şimali Karolina) — ABŞ aktrisası. == Həyatı == Amerika aktrisası Culi Enn Smit 3 dekabr 1960-cı ildə Şimali Karolinanın Feyetville şəhərində doğulub. Gələcək aktrisanın atası Piter Mur Smit tribunal hakimi, anası Anna isə psixiatr idi. Culianna ailənin böyük uşağı idi. Ondan başqa ailədə kiçik bacısı Valeri və qardaşı, balaca Piter Mur Smit böyüyürdü. Onun uşaqlıq dövrü ailəsi ilə birlikdə bir yerdən digərinə köçməklə keçib. Aktrisa Almaniyanın Frankfurt şəhərindəki Amerika kollecində təhsil alıb. 1979-cu ildə oranı bitirərək Boston Universitetinin incəsənət məktəbinə qəbul olunur. 1983-cü ildə bakalavr dərəcəsi alır və Culi Enn Smitin Culianna Mura çevrildiyi Nyu-Yorka köçür.
Demi Mur
Demi Mur (ing. Demi Moore; 11 noyabr 1962) — ABŞ aktrisası, film rejissoru, prodüser, keçmiş bəstəkar və modeldir. == Həyatı == Demi Mur 11 noyabr 1962-ci ildə Roswell, New Mexico-da kasıb bir ailədə anadan olmuşdur. Bioloji atası Charles Harmon anası Virginianı Demi doğulmamışdan öncə, evliliklərinin ikinci ayında tərk etmişdir. O, üç yaşında olarkən anası Dan Guynes ilə evlənmiş və ailəsi ögey atasının işi ilə əlaqədar evlərini bir neçə dəfə dəyişdirmişdir. Demi hər zaman Danı öz atası kimi qəbul etmişdir. 16 yaşından məktəbi atmış, filmlərə çəkilməyə qərara gəlmişdi. Seriallarda çəkilir. 1982-1983-cü illərdə narkotikaya qurşanır. 1985-ci ildə "St.
Mur qanunu
Mur qanunu – Intel şirkətinin qurucusu Qordon Mur tərəfindən 1965-ci ildə irəli sürülmüş qanun. 1965-ci ildə Intel şirkətinin yaradıcısı Qordon Mur belə qanun ifadə etdi: istehsal olunan kompyüterlərin yaddaş həcmi hər iki ildə 2 dəfə artır. Əvvəlcə həmkarları buna skeptik yanaşdılar, amma sonra qeyd etdilər ki, qanun təkcə işləməklə kifayətlənmir, digər göstəricilərə də — prosessorun sürətinə, mikrosxemlərin ölçülərinə və s. də aiddir. Hər iki ildən bir kompyüterlər iki dəfə çox mükəmməl olur. Son illər Mur qanunu hətta sürətlənib. Tədqiqatçılar qeyd ediblər ki, "ikiqat yaxşılaşma hər il yarımda baş verir." Bu qanun əslində ilk dəfə 1865–1870-ci illərdə ortaya atılıb. Fikri ortaya atan İntel şirkətinin qurucularından olan mühəndis Qordon Murun şərəfinə Mur qanunu adlandırılıb. Mur qanununa görə kompyuterlərin gücü hər 18 aydan bir 2 dəfə artacaq. Bunun səbəbi isə müasir texnologiyanın əsasını təşkil edən yarımkeçirici cihazların getdikcə ölçülərinin kiçilməsi və bir səthə hər 18 aydan bir 2 dəfə artıq yarımkeçirici cihaz yerləşdirilə bilinməsidir.
Mur çayı
Mur çayı— Mərkəzi Avropada (Avstriya) Mərkəzi Şərq Alplarındakı Hohe Tauern Milli parkında çay. Mur çayının mənbəyi dəniz səviyyəsindən 1898 m hündürlükdən başlayır. Çay Drava çayının sonra isə Dunayın bir qoludur. Mur çayının ümumi ümumi uzunluğu 480 kilometr (300 mil) təşkil edir. Təxminən 330 km məsafədə Avstriyanın içərisində; 95 km məsafədə Sloveniyadan axır (67 km Avstriya və Xorvatiya sərhədlərində, 28 km isə Sloveniya daxilində) və qalan hissəsi isə Xorvatiya ilə Macarıstan arasında sərhəd təşkil edir. Çay üzərindəki ən böyük şəhər Avstriyanın Qrats şəhəridir. Çayın hövzəsi 13,800 km2 ərazini əhatə edir.
Qari Mur
Robert Uilyam Qari Mur (ing. Robert William Gary Moore; 4 aprel 1952, Belfast, Şimali İrlandiya, Böyük Britaniya – 6 fevral 2011, Estepona, İspaniya) — irland əsilli Britaniya müğənnisi, gitaraçısı və mahnı müəllifi. Blyuz-rok musiqi janrının inkişafında böyük rolu olmuşdur. Solaxay olmasına baxmayaraq 14 yaşından standart gitarada ifa etmişdir. Daha çox "Still Got The Blues" və "Parisienne Walkways" mahnıları ilə məşhurdur. Qari Mur 6 fevral 2011-ci ildə İspaniyada istirahət zamanı ürək tutmasından 58 yaşında vəfat etmişdir. 1973 — Grinding Stone (Gary Moore Band) 1978 — Back on the Streets 1979 — G-Force 1982 — Corridors of Power 1983 — Victims of the Future 1984 — Dirty Fingers 1985 — Run for Cover 1986 — Rockin' Every Night (Live in Japan) 1987 — Wild Frontier 1989 — After the War 1990 — Still Got the Blues 1992 — After Hours 1993 — Blues Alive 1994 — Ballads & Blues 1982-1994 1994 — Around The Next Dream (BBM) 1994 — Walkways 1995 — Blues for Greeny 1997 — Desperado (1977-78 yığma) 1997 — Dark Days in Paradise 1998 — Out in the Fields (the very best of) 1999 — A Different Beat 2001 — Back to the Blues 2002 — Scars 2004 — Power of the Blues 2006 — Old New Blues Ballads 2007 — Close As You Get 2008 — Bad For You Baby 1981 — Live at the Marquee 1984 — We Want Moore!
Qeri Mur
Robert Uilyam Qari Mur (ing. Robert William Gary Moore; 4 aprel 1952, Belfast, Şimali İrlandiya, Böyük Britaniya – 6 fevral 2011, Estepona, İspaniya) — irland əsilli Britaniya müğənnisi, gitaraçısı və mahnı müəllifi. Blyuz-rok musiqi janrının inkişafında böyük rolu olmuşdur. Solaxay olmasına baxmayaraq 14 yaşından standart gitarada ifa etmişdir. Daha çox "Still Got The Blues" və "Parisienne Walkways" mahnıları ilə məşhurdur. Qari Mur 6 fevral 2011-ci ildə İspaniyada istirahət zamanı ürək tutmasından 58 yaşında vəfat etmişdir. 1973 — Grinding Stone (Gary Moore Band) 1978 — Back on the Streets 1979 — G-Force 1982 — Corridors of Power 1983 — Victims of the Future 1984 — Dirty Fingers 1985 — Run for Cover 1986 — Rockin' Every Night (Live in Japan) 1987 — Wild Frontier 1989 — After the War 1990 — Still Got the Blues 1992 — After Hours 1993 — Blues Alive 1994 — Ballads & Blues 1982-1994 1994 — Around The Next Dream (BBM) 1994 — Walkways 1995 — Blues for Greeny 1997 — Desperado (1977-78 yığma) 1997 — Dark Days in Paradise 1998 — Out in the Fields (the very best of) 1999 — A Different Beat 2001 — Back to the Blues 2002 — Scars 2004 — Power of the Blues 2006 — Old New Blues Ballads 2007 — Close As You Get 2008 — Bad For You Baby 1981 — Live at the Marquee 1984 — We Want Moore!
Qordon Mur
Qordon Mur (ing. Gordon Earle Moore; 3 yanvar 1929, San-Fransisko, Kaliforniya, ABŞ – 24 mart 2023) — "İntel" korporasiyasının rəhbəri. Qordon Mur 3 yanvar 1929-cu ildə ABŞ, Kaliforniyada anadan olmuşdur. Sequoia Liseyindəki son orta məktəb illərində kimya və riyaziyyata olan həvəsi yarandı. Tam elmlərə olan sevgisi ilə motivasiya edilən Gordon, Kaliforniyadakı San Jose Dövlət Universitetində təhsil almağa başladı. O zaman həyat yoldaşı Betty Irene Whitaker ilə tanış oldu. 1950-ci ildə Berkeley Universitetinə (Kaliforniya) daxil oldu və oradan kimya ixtisası ilə bitirdi. O zaman 21 yaşında idi. Xüsusi təhsilini davam etdirdi və 1954-cü ildə Kaliforniya Texnologiya İnstitutundan (Caltech) Fizika və Kimya doktoru dərəcəsi aldı. Daha sonra, gənc tədqiqatçı, Maryland, Laureldəki Johns Hopkins Universiteti tərəfindən işə götürüldü; Orada Tətbiqi Fizika Laboratoriyasının texniki qrupuna qoşulur.
Rocer Mur
Ser Rocer Corc Mur (ing. Sir Roger George Moore; 14 oktyabr 1927[…], Stokuell, London qraflığı[d] – 23 may 2017[…]) — Britaniyalı kinoaktyor, ssenarist və prodüser. Əsasən Ceyms Bond rolu ilə məşhurlaşmışdır. Rocer Mur 14 oktyabr 1927-ci ildə London yaxınlığındakı Stokuelldə (Stocwell) anadan olub. Atası Corc Mur polis, anası Lilian Mur evdar qadın olub. Rocer 18 yaşında ikən milli orduya gedib və kapitan rütbəsinə qədər qalxıb. Hərbi xidmətini başa vurduqdan sonra Dramatik İncəsənət Kral Akademiyasında (ing. Royal Academy of Dramatic Art (RADA)) oxuyub. Rocer Mur daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınmışdır. Aktyor "Yaşa və ölməyə imkan ver" (Live and Let Die, 1973), "Qızıl tapançalı adam " (The Man with the Golden Gun, 1974), "Məni sevən casus" ("The Spy Who Loved Me, 1977), "Ay yarışçısı" (Moonraker, 1979), "Ancaq sənin gözlərin üçün" (For Your Eyes Only, 1981), "Səkkizayaqlı ilbiz" (Octopussy,1983) və "Öldürməyə baxış" (A View to a Kill,1985) filmlərində 007 nömrəli agent rolunu oynayıb.
Çarlz Mur
Çarlz Mur (ing. Charles Moore; 10 may 1820, Dandi – 30 aprel 1905, Sidney) — Böyük Britaniya (Şotlandiya) və Avstraliya botaniki. Çarlz Mur toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Ferdinand Müller 19 bitki növünü Çarlz Murun şərəfinə adlandırmışdır.
Toni Mur
Toni Mur (ing. Tony Moore; 20 dekabr 1978, Leksinqton, Kentukki) — amerikalı komiks rəssamı. O, qorxu və elmi fantastika kimi müxtəlif janrlarda gördüyü işləri ilə tanınır. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Fear Agent", "The Exterminators" və "Gəzən Ölülər"in ilk altı sayıdır. Toni Mur həm də "Invincible" komiksindəki Brit adlı personajın yaradılmasına kömək etmişdir. Toni komiks yazıçısı Robert Kirkman ilə uşaqlıqdan dostdur.
Stanford Mur
Stanford Mur (4 sentyabr 1913[…], Çikaqo, İllinoys – 23 avqust 1982[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı. Zülal kimyası sahəsində tədqiqatlar aparmışdır (Uilyam Hovard Stayn ilə birlikdə). Zülalları təhlil etmək üçün istifadə edilən ion mübadiləsi xromatoqrafiyası; bir amin turşusu analizatoru hazırlanmışdır. 1960-cı ildə pankreatik ribonukleaz fermentinin əsas strukturu yaradılmışdır. Kristian Anfinsen və Vilyam Stayn ilə birlikdə ferment kimyasına mühüm töhfələrə görə kimya üzrə Nobel mükafatı laureatı (1972il).ABŞ Milli Elmlər Akademiyasının (1960il)və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. Stanford Mur İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Atası Con Hovard Mur Çikaqo Universitetində hüquq fakültəsinin tələbəsiykən (J. D. 1917), Anası (Rut Fouler) Stanford Universitetini bitiribmiş. Valideynləri Standordda tanış olublar və 1907-ci ildə evləniblər. Deyirlər ki, görüş yerinin xatirəsinə valideynlər oğluna bu adı veriblər. Stanford Mur 4 yaşında (çox erkən yaşında) İllinoys ştatının Vinnetka şəhərindəki ümumtəhsil məktəbində oxumağa başladı.
Stenford Mur
Stenford Mur (4 sentyabr 1913[…], Çikaqo, İllinoys – 23 avqust 1982[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı biokimyaçı. Zülal kimyası sahəsində tədqiqatlar aparmışdır (Uilyam Hovard Stayn ilə birlikdə). Zülalları təhlil etmək üçün istifadə edilən ion mübadiləsi xromatoqrafiyası; bir amin turşusu analizatoru hazırlanmışdır. 1960-cı ildə pankreatik ribonukleaz fermentinin əsas strukturu yaradılmışdır. Kristian Anfinsen və Vilyam Stayn ilə birlikdə ferment kimyasına mühüm töhfələrə görə kimya üzrə Nobel mükafatı laureatı (1972il).ABŞ Milli Elmlər Akademiyasının (1960il)və Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü. == Gənclik və təhsil == Stenford Mur İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Atası Con Hovard Mur Çikaqo Universitetində hüquq fakültəsinin tələbəsiykən (J. D. 1917), Anası (Rut Fouler) Stenford Universitetini bitiribmiş. Valideynləri Stendordda tanış olublar və 1907-ci ildə evləniblər. Deyirlər ki, görüş yerinin xatirəsinə valideynlər oğluna bu adı veriblər. Stenford Mur 4 yaşında (çox erkən yaşında) İllinoys ştatının Vinnetka şəhərindəki ümumtəhsil məktəbində oxumağa başladı.
Harold Qreqori Mur
Harold Qreqori Mur-kiçik (ing. Harold Gregory Moore Jr.; 13 fevral 1922[…] – 10 fevral 2017) — ABŞ hərbçisi, ABŞ Ordusunun zabiti.Vyetnam müharibəsi zamanı özünü fərqləndirmişdir. == Həyatı == Vaşinqtonda orta məktəbi bitirmişdir. Daha sonra iki il Corc Vaşinqton Universitetində təhsil almışdır. 1942-ci ildə hərbi xidmətə yollanmışdır. 1945-ci ildə Vest-Poyntı bitirmişdir. 2009-cu ilin iyununda 87 yaşlı Mur Corciya ştatının Kolumbus şəhərində Milli Piyadalar Muzeyinin açılışında iştirak etmişdir. Muzeyin eksponatlarından biri də Ya-Dranq vadisində gedən döyüş zamanı İks-Rey eniş meydançasının dioraması idi. == Ailəsi == Beş uşaq böyütmüşdür. Oğullarından ikisi ordu zabiti, biri ehtiyatda olan polkovnik-leytenant, digəri isə həqiqi xidmətdə olan polkovnikdir.
Mur-Federman sindromu
Mur-Federman sindromu (ing. Moore-Federman) – psevdo-sklerodermiyanın bir səbəbi kimi baxılır: kiçik boy, rigid oynaqlar, qısa barmaqlar və onların yumruq halında bükülməməsi, saiddə dərinin qalınlaşması, göz anomaliyaları.
Alan Mur (müharibə artisti)
Alan Mur (ing. Alan Moore; 1 avqust 1914, Melburn – 24 sentyabr 2015, Ballarat[d]) — Avstraliya müharibə artisti. O, əsasən İkinci Dünya müharibəsi illərində gördüyü işlərlə tanınır. Onun ən tanınmış işi Bergen-Belzen həbs düşərgəsinin təsvirləridir. Onun bir çox əsəri Avstraliya Müharibə Memorialı müzeyində saxlanılır. == Erkən həyatı == Alan Mur 1914-cü ildə Avstraliyanın Melburn şəhərində anadan olmuşdur. O, 16 yaşında rəsm çəkməyə başlamış, lakin nü mövzularına toxunduğuna görə atası onun bu fəaliyyətini davam etdirməsini qadağan etmişdir. Mur 18 yaşı tamam olanda Viktoriya Milli İncəsənət Məktəbi Qalereyasında yenidən rəssamlıqla məşğul olmağa başlamış, ali təhsilini dərəcə ilə başa vurmuşdur. O, həmçinin Sidneydə C.S. Vatkinsin rəhbərliyi altında təhsil almışdır. Mur nü janrında çəkdiyi rəsm əsərlərinə görə 1942-ci ildə Qreys Col adına təqaüd mükafatı da daxil olmaqla, Melburnda bir neçə sənət və rəsm mükafatı qazanmışdır.
Mur (Val-d'Uaz)
Mur (fr. Mours) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Bomon-syur-Uaz. Əhalisi — 1.475 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimalda, Serji belediyyənin 19 km şimal-şərqdə yerləşir.
Mur (Val-d’Uaz)
Mur (fr. Mours) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Bomon-syur-Uaz. Əhalisi — 1.475 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimalda, Serji belediyyənin 19 km şimal-şərqdə yerləşir.